Azor adalarında sərt eniş edən "Boeing 757" təyyarəsinin korpusu zədələnib

Azor adalarında sərt eniş edən "Boeing 757" təyyarəsinin korpusu zədələnib
# 19 avqust 2019 08:38 (UTC +04:00)

“Delta Airlines” aviaşirkətinə məxsus “Beoing 757-200” tipli sərnişin təyyarəsi Portuqaliyanın Azor adalarında sərt eniş edib.

APA “Life”a istinadən xəbər verir ki, təyyarə Nyu-Yorkdan havaya qalxıb və San-Miqel adasının hava limanına enib.

Bildirilir ki, eniş sərt olduğundan təyyarənin korpusu zədələnib. Hadisə zamanı xəsarət alan olmayıb.

İnsidentlə əlaqədar Nyu-Yorka geri uçuş təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR