"Azovstal" müdafiəçilərinin yaxınları Ərdoğana müraciət edib

"Azovstal" müdafiəçilərinin yaxınları Ərdoğana müraciət edib
# 16 may 2022 16:16 (UTC +04:00)

"Azovstal" müdafiəçilərinin həyat yoldaşları və anaları Türkiyə xalqına və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana mühasirədə qalanların xilası üçün müraciət ediblər.

APA xəbər verir ki, İstanbulda baş tutan mətbuat konfransında "Azovstal" müdafiəçilərinin yaxınları bu çağırışla çıxış ediblər.

"Azovstal"da olan 36-cı briqadanın kapitanının həyat yoldaşı bildirib ki, Türkiyə müharibə günlərində Ukrayna xalqına yardım edib və xalq bunu yüksək qiymətləndirir: “Biz Türkiyə hökumətinə və xalqına təşəkkür edirik. Sizin yardımınız vaxtında gəlir, hansı ki Ukrayna xalqının buna ehtiyacı var. Bu gün Türkiyə xalqına və prezidentinə müraciət edirik.

Həmçinin, Çin liderinə müraciət edirik. Çünki digər şəxslərin heç birinin təsiri olmadı. Qohumlarımız çətin vəziyyətdədir, orada onlar mühasirədə-cəhənnəm içindədirlər, çox sayda yaralı var və onlara heç bir yardım yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR