Baltik liderləri Baydenə müraciət edib

Baltik liderləri Baydenə müraciət edib
# 28 iyul 2022 10:25 (UTC +04:00)

Baltik ölkələri ABŞ-ın regionda hərbi mövcudluğunu gücləndirməsi üçün Prezident Co Baydenə müraciət edib.

APA xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "Twitter"də bildirib.

“Latviya Prezidenti Egils Levits, Estoniya Prezidenti Alar Karis ilə birgə biz Co Baydeni ABŞ-ın Baltikyanı ölkələrdə hərbi mövcudluğunu artırmağa və NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirməyə davam etməyə çağırırıq. Madriddə qəbul edilən qərarlar Avropada sülh və bütün transatlantik cəmiyyətin təhlükəsizliyi üçün çox vacibdir”, - Litva Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR