Baltik ölkələrində NATO-nun mövqeyinin gücləndirilməsi müzakirə edilib

Baltik ölkələrində NATO-nun mövqeyinin gücləndirilməsi müzakirə edilib
# 08 iyun 2022 18:36 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq Estoniya Baş naziri Kaya Kallas, Latviya Baş naziri Arturs Krişjnis Karincs və Litva Baş naziri İnqrida Şimonitenin iştirakı ilə üçtərəfli onlayn görüş keçirib.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

“Baş katib və Baş nazirlər alyansın şərq qanadında NATO-nun müdafiə mövqeyinin əhəmiyyətli dərəcədə gücləndirilməsini müzakirə ediblər. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO buna tez reaksiya verdi, alyans qüvvələrinin hazırlığını artırdı, NATO Cavab Qüvvələrinin bölmələrini yerləşdirdi və çoxmillətli döyüş qruplarının sayını iki dəfə artıraraq 8-ə çatdırdı. Hazırda NATO-nun birbaşa komandanlığı altında, əsasən alyansın şərq hissəsində, o cümlədən Estoniya, Latviya və Litvada 40 000 hərbçi var. Bu ayın sonunda Madriddə keçiriləcək NATO Sammitində liderlər yeni təhlükəsizlik reallığı ilə bağlı alyansın mövqeyini müzakirə edəcəklər", - məlumatda qeyd olunub.

Baş katib Stoltenberq Baltikyanı ölkələrin müdafiə xərclərinin ÜDM-in 2,5%-ni ötməklə bağlı milli öhdəlikləri də daxil olmaqla, alyansa verdikləri davamlı töhfələri yüksək qiymətləndirdiyini vurğulayıb.

O, həmçinin əhəmiyyətli hərbi və humanitar yardım da daxil olmaqla, Rusiyanın işğalına cavab olaraq onların Ukraynaya güclü dəstəyini alqışlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR