Baltikyanı ölkələr Ukraynaya tank əleyhinə raket sistemləri göndərir

Baltikyanı ölkələr Ukraynaya tank əleyhinə raket sistemləri göndərir
# 20 yanvar 2022 10:57 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Latviya, Litva və Estoniyaya ABŞ istehsalı silahların Ukraynaya göndərilməsinə icazə verib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Dövlət Departamentinin icazəsi ilə Estoniya “Javelin” tank əleyhinə raketlərini, Litva isə “Stinger” raketlərini Ukraynaya göndərə biləcək.

ABŞ-ın ixrac tənzimləmələrinə əsasən, ölkələr ABŞ-dan əldə etdikləri silahların üçüncü tərəfə ötürülməsindən öncə Dövlət Departamentindən təsdiq əldə etməlidirlər.

Dövlət Departamentindən ABŞ-ın Estoniya, Litva, Latviya və Böyük Britaniyaya öz inventarlarındakı ABŞ istehsalı silahların Ukraynaya göndərilməsini təsdiqlədiyi bildirilib. Lakin bu ölkələrin Ukraynaya hansı silahların göndəriləcəyi ilə bağlı detallar açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR