Baş katib: “Heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb”

Baş katib: “Heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb”
# 24 may 2022 15:47 (UTC +04:00)

Başqa heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Davos İqtisadi Forumunda deyib.

O bildirib ki, Türkiyə NATO-nun vacib müttəfiqidir və İŞİD-ə qarşı mübarizədə açar rol oynayıb.

Baş katib əlavə edib ki, strateji mövqedə yerləşən Türkiyə bütün alyans üçün vacibdir.

Stoltenberq Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı narahatlıqlarının həll edilməsinin vacibliyini qəbul etdiyini deyib.

“Biz oturmalı və irəliyə doğru bir yol tapmalıyıq”, - Stoltenberq vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR