Baş nazir Araxamiyanı Gürcüstan müxalifətinin dostu adlandırıb

David Araxamiya

© APA | David Araxamiya

# 22 iyun 2022 17:25 (UTC +04:00)

Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının fraksiya rəhbəri David Araxamiya şəxsən ABŞ və Avropaya səfər edərək Gürcüstan üçün Aİ-yə namizədlik statusunun verilməməsini tələb edib.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə parlamentində çıxışı zamanı deyib.

Baş nazir Araxamiyanın Gürcüstan müxalifətinin dostu olduğunu vurğulayıb.

O əlavə edib ki, Araxamiya Gürcüstan hökumətinin sanksiyalar siyahısına düşən şirkətləri təşviq etməsinə dair ittihamlar irəli sürsə də, bu vaxtadək heç bir dəlil nümayiş etdirə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR