Baş nazir: “Gürcüstanın kifayət qədər un və taxıl ehtiyatı var”

Baş nazir: “Gürcüstanın kifayət qədər un və taxıl ehtiyatı var”
# 16 may 2022 15:52 (UTC +04:00)

Gürcüstanda kifayət qədər un və taxıl ehtiyatı var.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

O qeyd edib ki, təxminən bir ay və ya bir ay yarım ərzində ölkədə taxıl biçini başlayacaq və bu səbəbdən də taxıl ehtiyatlarının tükənməsi ilə bağlı heç bir təşvişə ehtiyac yoxdur.

İrakli Qaribaşvili təşvişin süni şəkildə yaradıldığını və siyasiləşdirildiyini, lakin bu istiqamətdə ölkədə heç bir problemin olmadığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR