Baş nazir: Saakaşvilinin ölkəyə qayıtmasında məqsəd müharibəyə zəmin hazırlamaq olub - VİDEO

Baş nazir: Saakaşvilinin ölkəyə qayıtmasında məqsəd müharibəyə zəmin hazırlamaq olub - VİDEO
# 24 mart 2023 13:18 (UTC +04:00)

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin ölkəyə qayıtmasında məqsəd inqilab, qan tökülməsi və hökumətin zorakılıqla devrilməsinin təşkili olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə parlamentində keçirilən dinləmədə deyib. O, bildirib ki, keçmiş Prezidentin ölkəyə qayıtmasında məqsəd Gürcüstanda müharibəyə zəmin hazırlamaq olsa da, plan iflasa uğrayıb, Gürcüstanın daxili və xarici düşmənləri məğlub olublar.

İrakli Qaribaşvili əlavə edib ki, Mixeil Saakaşvili planlarının həyata keçirilməsi məqsədilə Rusiya-Ukrayna müharibəsi ərəfəsində ölkəyə gəlib və onun niyyətlərini Ukrayna rəsmilərinin bəyanatları da sübut edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR