Batumi limanında yeni karbamid terminalı tikilir

Batumi limanında yeni karbamid terminalı tikilir
# 11 sentyabr 2019 11:23 (UTC +04:00)

Batumi dəniz limanında dəyəri 20 mln. ABŞ dolları olan karbamid terminalının tikintisinə başlanılıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, terminalın tikintisi ABŞ-ın "Trammo" və "Wondernet Express" şirkətləri arasında tərəfdaşlıq əsasında həyata keçirilir.

"Trammo" şirkətinin prezidenti Edvard Veyner (Edward Weiner) bu layihənin Batumi limanı ilə yanaşı Bakı limanının da dünyanın əsas tranzit habına çevirəcəyi bildirilib. Terminalın illik emal gücü 1,2 mln. ton təşkil edəcək.

Layihənin İpək Yolu ilə daşımaların artırılmasına müsbət təsir edəcəyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR