Batumidə Azərbaycan vətəndaşının məhkəməsi keçirilib - YENİLƏNİB

Batumidə Azərbaycan vətəndaşının məhkəməsi keçirilib - YENİLƏNİB
# 26 yanvar 2022 19:02 (UTC +04:00)

Batumi Şəhər Məhkəməsində Azərbaycan vətəndaşı Zaur Budaqov və iki Gürcüstan vətəndaşı ata və oğul Giorgi və Hussain Surmanidzelərin distant qaydada məhkəmə iclası keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, iclasda distant qaydada iştirak edən müttəhimlər iş üzrə özlərini təqsirli bilməyiblər. Məhkəmədə yekun qərar qəbul edilməyib və növbəti dinləmə 10 fevral tarixinə təyin edilib. Növbəti dinləmədə dövlət ittihamçısının təqdim edəcəyi dəlillərə baxış keçiriləcək və dinləmələr may ayına qədər davam edəcək.

İş üzrə ümumilikdə 10 dinləmənin keçiriləcəyi bildirilib.

***

14.37

Batumidə yaşayış binasının çökməsində təqsirli bilinərək saxlanılmış Azərbaycan vətəndaşı Zaur Budaqov və iki Gürcüstan vətəndaşı ata və oğul Georgi və Hüseyn Surmanidzelərin məhkəməsi davam etdirilir.

APA-nın yerli bürosu xəbər verir ki, məhkəmə iclası Batumi Şəhər Məhkəməsində distant qaydada keçirilir.

Qeyd edək ki, məhkəmənin yanvarın 12-də keçirilmiş iclasında yekun qərar qəbul etmək mümkün olmayıb.

Xatırladaq ki, ötən il oktyabrın 8-də Batuminin 26 May küçəsində yerləşən binanın bloklarından birinin çökməsi nəticəsində aralarında azyaşlılar da olmaqla 9 nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.

Faciə ilə əlaqədar oktyabrın 11-də Gürcüstanda matəm elan edilib. Hadisəyə Azərbaycan vətəndaşı Z. Budaqovun binanın birinci mərtəbəsindəki mənzilində apardığı təmir işlərinin səbəb olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR