Bayden G7 sammitində iştirak üçün Almaniyaya səfər edəcək

Co Bayden

© APA | Co Bayden

# 08 iyun 2022 17:36 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Almaniya və İspaniyaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pierre məlumat yayıb.

O bildirib ki, Prezident Bayden G7 sammitində iştirak etmək üçün iyunun 25-də Almaniyanın cənubundakı Schloss Elmau şəhərinə gedəcək.

“Prezident və digər G7 liderləri bir sıra aktual qlobal problemləri, o cümlədən G7-nin demokratik, suveren və firavan Ukraynaya sarsılmaz dəstəyi, iqtisadi və demokratik dayanıqlılıq, iqlim böhranı ilə mübarizə, inkişaf infrastrukturu, qlobal sağlamlıq təhlükəsizliyi və Rusiyanın təcavüzkar müharibəsi nəticəsində yaranan ərzaq və enerji böhranını müzakirə edəcəklər.

Prezident Bayden iyunun 28-də NATO-nun sammitində iştirak etmək üçün İspaniyanın Madrid şəhərinə gedəcək. Müttəfiq liderlər NATO-nun növbəti onillikdə transformasiyasını istiqamətləndirmək üçün yeni Strateji Konsepsiyanı təsdiqləyəcəklər”, - Ağ Evin mətbuat katibi deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR