Bayden G7 sammitinə helikopter əvəzinə avtomobillə gəlib

Bayden G7 sammitinə helikopter əvəzinə avtomobillə gəlib
# 26 iyun 2022 17:09 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden şənbə günü axşam Münhen hava limanına çatdıqdan sonra vertolyotla Bavariyadakı "Böyük Yeddilik" (G7) sammitinin başladığı Elmau qalasına tez və rahat şəkildə uça bilməyib.

APA xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Bayden Pömetsrieddə (Elmau qalasından demək olar ki, 40 km aralıda) uçuşu dayandırmaq məcburiyyətində qalıb, çünki helikopter heyətinin enişi əvvəlcədən “məşq etməyə” vaxtı olmayıb. ABŞ-ın təhlükəsizlik protokollarına əsasən, prezidenti daşıyan helikopterə yalnız pilotlar eniş təlimini başa vurduqları halda müəyyən bir yerə qalxıb enməyə icazə verilir. Bu qayda yalnız müstəsna hallarda pozula bilər.

Qeyd edək ki, Almaniyada "Böyük Yeddilik" (G7) ölkələrinin sammiti öz işinə başlayıb.

Sammitin ilk günündə üç işçi sessiya keçiriləcək, onlardan biri xarici və təhlükəsizlik siyasəti məsələləri, o cümlədən Ukraynadakı vəziyyət fonunda anti-Rusiya sanksiyaları və Moskvaya təzyiqlərin artırılması müzakirə olunacaq. Bundan əlavə, gündəliyə iqlim dəyişikliyi, makroiqtisadi vəziyyət, inflyasiya ilə mübarizə və investisiya əməkdaşlığı daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR