Bayram Beqayı Albaniyanın yeni prezidenti seçilib

Albaniyanın yeni prezidenti Bayram Beqay

© APA | Albaniyanın yeni prezidenti Bayram Beqay

# 04 iyun 2022 23:34 (UTC +04:00)

Albaniya parlamenti ölkənin yeni prezidentini seçib.

APA TASS-a istinadən xəbər verir ki, deputatlar bu posta Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Bayram Beqayı təyin edib.

Beqay 78 səs qazanıb ki, onlardan 74-ü hakim Albaniya Sosialist Partiyasının deputatları tərəfindən verilib.

Xatırladaq ki, Albaniya Xalq Məclisi dördüncü cəhddə ölkə prezidentini seçə bilib.

Qeyd edək ki, hazırki prezidenti İlir Metanın səlahiyyət müddəti iyunun 24-də başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR