Bəkir Bozdağ: "Qaşıqçı işi üzrə məhkəmə Səudiyyə Ərəbistanında davam edəcək”

Camal Qaşıqçı

© APA | Camal Qaşıqçı

# 21 aprel 2022 18:22 (UTC +04:00)

Jurnalist Camal Qaşıqçı işi üzrə məhkəmənin dayandırılması ilə bağlı qərar qəbul edilməyib.

APA-nın yerli müxbiri xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.

O qeyd edib ki, iş üzrə yurisdiksiyanın başqa ölkəyə ötürülməsindən söhbət getmir, sadəcə məhkəmə Səudiyyə Ərəbistanında davam edəcək.

Xatırladaq ki, Camal Qaşıqçı 2018-ci ilin oktyabr ayının 2-də Səudiyyə Ərəbistanın İstanbul konsulluğunda ona lazım olan sənədləri götürməyə getdiyi zaman qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR