Belarusun Litvadakı səfirliyinin nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb

Belarusun Litvadakı səfirliyinin nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
# 07 sentyabr 2022 00:47 (UTC +04:00)

Litva Belarusu dövlət sərhədinin infrastrukturuna qəsdən ziyan vurmaqda ittiham edib.

APA-nın xəbərinə görə, bu barədə Litva Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Çərşənbə axşamı, sentyabrın 6-da Belarusun Litvadakı səfirliyinin nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb.

“Ona Litva dövlət sərhədində fiziki maneənin qəsdən təkrar zədələnməsi halları ilə bağlı kəskin etirazını bildirən nota təqdim edilib”, - deyə məlumatda deyilir.

Nazirlik bildirir ki, Belarus rəsmiləri də baryerin zədələnməsinə və qeyri-qanuni miqrantların ölkəyə daxil olmasına köməklik edir.

Litva bu cür hərəkətləri təxribat və Litva-Belarus dövlət sərhədinin hüquqi rejimi haqqında sazişin kobud şəkildə pozulması kimi qiymətləndirir.

Xarici İşlər Nazirliyi gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün Belarusdan bütün lazımi tədbirləri tez bir zamanda görməyi tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR