Belçika Ukraynaya 230 hərbi avtomobil verəcək

Belçika Ukraynaya 230 hərbi avtomobil verəcək
# 18 mart 2023 01:45 (UTC +04:00)

Belçika gələn həftədən Ukraynaya müxtəlif tipli 230 hərbi maşından ibarət partiya tədarük etməyə başlayacaq.

APA-nın məlumatına görə, bu barədə cümə günü DPA agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Söhbət 150 hərbi yük maşını və 80 zirehli çoxməqsədli maşından gedir. Krallığın Müdafiə Nazirliyi agentliyə bildirib ki, onların çatdırılması gələn həftə başlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR