Belçikada pilotlar aviadaşıyıcını məhkəməyə verib

Belçikada pilotlar aviadaşıyıcını məhkəməyə verib
# 31 avqust 2022 07:16 (UTC +04:00)

Belçikalı pilotlar “Ryanair” aviaşirkətini məhkəməyə verib.

APA “Le Soir” nəşrinə istinadla xəbər verir ki, iddia ərizəsini 46 pilot imzalayıb. Onlar məvaciblərinin pandemiyadan əvvəlki vəziyyətə qaytarılmasını tələb edirlər.

“Ryanair” şirkəti ixtisarlara getməmək üçün maaşları 20% azaltmışdı. İndi isə bütün uçuşlar bərpa olunduğu üçün həmkarlar təşkilatları maaşların əvvəlki səviyyəyə qaytarılmasını istəyir. Onların fikrincə, maaşların azlığından istifadə edən şirkət bazarda yerini də möhkəmləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR