Belçikanın yeni xarici işlər naziri təyin edilib

Hadja Lahbib

© APA | Hadja Lahbib

# 15 iyul 2022 13:46 (UTC +04:00)

Belçikanın yeni xarici işlər naziri təyin edilib.

APA xəbər verir ki, bu vəzifəyə keçmiş jurnalist 52 yaşlı Hadja Lahbib təyin olunub.

O, Əlcəzair əsillidir və Bergen yaxınlığındakı Boussu şəhərində anadan olub.

Hadja Lahbib jurnalistika üzrə təhsili alıb və fransızdilli RTBF-də işləyib. Hadja Lahbib uzun müddət xarici jurnalist kimi Əfqanıstan və Yaxın Şərq üzrə ixtisaslaşıb. O, həmçinin xəbərlər də daxil olmaqla, RTBF-də bir neçə proqramın aparıcısı olub.

Xatırladaq ki, Belçikanın xarici işlər naziri Sofi Vilmes istefa verib. O, həyat yoldaşının xəstəliyi səbəbindən vəzifə səlahiyyətlərini icra edə bilməməsinə görə postunu tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR