Berbok: “Berlin Rusiya ilə təhlükəsizliklə bağlı ciddi dialoqa hazırdır”

Annalena Berbok

© APA | Annalena Berbok

# 18 yanvar 2022 16:43 (UTC +04:00)

Berlin Rusiya ilə təhlükəsizliklə bağlı ciddi dialoqa hazırdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Almaniya xarici işlər naziri Annalena Berbok rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Rusiya təhlükəsizlik zəmanətlərini tələb edib və bu məsələ danışıqlarda bir daha qeyd olundu. Biz Ümumavropa təhlükəsizliyimizi təmin etmək üçün qarşılıqlı razılıqlar və addımlar barədə ciddi dialoq aparmağa hazırıq. Riqada, Buxarestdə, Berlində və Peterburqda insanların təhlükəsizliyini təmin etmək üçün...”, - deyə Almaniya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR