BƏT Ukraynanın işçi qüvvəsi ilə bağlı proqnozunu açıqlayıb

BƏT Ukraynanın işçi qüvvəsi ilə bağlı proqnozunu açıqlayıb
# 31 oktyabr 2022 17:12 (UTC +04:00)

Əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumu - Beynəlxalq Əmək Təşkilatı (BƏT) Ukraynada 2022-ci ildə məşğulluğun 2021-ci illə müqayisədə, münaqişədən əvvəlki səviyyədən 15,5 faiz (2,4 milyon iş) aşağı olacağını proqnozlaşdırır.

APA xəbər verir ki, bu barədə BƏT-in hesabatında əks olunub.

BƏT 2022-ci ilin aprelindəki hesabatında 4,8 milyon iş yerinin itiriləcəyini proqnozlaşdırsa da, qeydə alınan müsbət dəyişikliyin Ukraynanın işğal altında olan və ya aktiv hərbi əməliyyatlar aparan ərazilərinin sayının azalmasının nəticəsi olduğunu bildirib: "Bununla belə, əmək bazarının bərpası prosesi olduqca kövrəkdir".

Hesabatda xəbərdarlıq edilir ki, Ukraynada və başqa yerlərdə iş axtaran çoxlu sayda məcburi köçkün və qaçqınların üzləşdiyi çətinliklər daha da artır və çox güman ki, maaşlarda təzyiq yarada bilər.

BƏT bildirir ki, ölkənin müharibədən əvvəlki ümumi işçi qüvvəsinin 10,4 faizi hazırda digər ölkələrdə qaçqındır. 1,6 milyonluq bu qrupun böyük əksəriyyəti qadınlardır, onların çoxu əvvəllər təhsil, səhiyyə və sosial xidmət sektorlarında çalışıb. Bu yaxınlarda aparılan sorğu göstərib ki, indiyədək sorğuda iştirak edən ukraynalı qaçqınların 28 faizi məskunlaşdığı ölkələrdə müvəqqəti və ya müstəqil məşğulluq tapıb.

"Münaqişənin təsiri qonşu ölkələrin əmək bazarlarında hiss olunur ki, bu da bu ölkələrdə siyasi və əmək bazarında sabitliyin pozulmasına gətirib çıxara bilər", - BƏT hesabatında qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR