Beynəlxalq turizm canlanır

Beynəlxalq turizm canlanır
# 15 may 2022 05:50 (UTC +04:00)

Ukrayna münaqişəsi və koronavirusla bağlı bəzi məhdudiyyətlərə baxmayaraq beynəlxalq turizm canlanır. Bunun başlıca səbəbi insanların gəzmək həvəsi olsa da, ikinci amil nəzərdən qaçmamalıdır.

APA-nın xəbərinə görə, bu məlumatı Beynəlxalq Turizm Təşkilatı yayıb.

Qurumun açıqladığı rəqəmlər də sektordakı canlanmanı təsdiq edir. Bu ilin yanvarında beynəlxalq turizmdə 130% artım baş verib. Başqa sözlə, 1 ayın artımı ötən il baş vermiş ümumi artımdan daha çoxdur. 2019-cu ildə turizm sektorunda təzminən 1.5 trilyard dollar olan dövriyə növbəti ildə 3 dəfə azalmışdı.

Yaxın Şərqə gedənlərin sayı 89, Afrikaya üz tutanların sayı 51% artdığı halda Asiya-Sakit okean regionunda əks proses baş verib. Planetin bu guşəsinə marağın ölməsinin səbəbi əksər ölkələrin sərhədlərinin bağlı olmasıdır. Çinin sıfır kovid syasəti bu ölkədə beynəlxalq turizmi dayandırıb.

Əsas turizm destinasiyalarına gəlincə, insanlar ən çox Kosta Rika, Antil adaları, Dominikan və Yamaykaya maraq göstərirlər. Avropada da əsas maraq obyekti dəyişməyib: Fransa, İspaniya, Portuqaliya, Yunanıstan və İslandiya.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR