Bild: Almaniyada Brocken dağında fövqəladə vəziyyət elan edilib

Bild: Almaniyada Brocken dağında fövqəladə vəziyyət elan edilib
# 04 sentyabr 2022 16:18 (UTC +04:00)

Almaniyanın Harz Broken dağının ən hündür yeri olan Saksoniya-Anhaltda güclü yanğınla əlaqədar fövqəladə vəziyyət elan edilib, ərazidəki turistlər və otel qonaqları təxliyə edilir.

APA xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Yanğın şənbə günü baş verib və hələ də nəzarət altına alınmayıb. Hazırda 62 hektar ərazini alov bürüyüb. Bununla əlaqədar olaraq rayon administrasiyasının rəhbəri Tomas Baltserovski fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

Yanğını söndürməyə 300 yanğınsöndürən cəlb olunub, qəza ərazisi polis tərəfindən mühasirəyə alınıb. Bundan əlavə, 40 km radiusda mülki aviasiya üçün uçuşa qadağa zonası yaradılıb.

Brocken sevimli turistik yerdir. İndi turistləri avtobuslarla dağdan çıxarırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR