Blinken ABŞ-ın Kiyevdəki səfirliyinin işinin bərpa edəcəyi vaxtı açıqlayıb

ABŞ-ın Kiyevdəki səfirliyi

© APA | ABŞ-ın Kiyevdəki səfirliyi

# 27 aprel 2022 23:42 (UTC +04:00)

Ukrayna paytaxtında Amerika səfirliyinin yenidən açılması prosesi yəqin ki, bir neçə həftə çəkəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Konqres Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmədə ona Kiyevdəki diplomatik missiyanın işinin bərpasının vaxtı barədə sual verilib.

Blinken cavabında bu prosesə çox ciddi yanaşıldığını bildirib.

“Diplomatik heyətimizi adekvat şəkildə təmin edə bildiyimizə əmin olmalıyıq. Düşünürəm ki, bu, növbəti bir neçə həftə ərzində baş verəcək. Senat Bridget Brinkin Ukraynaya səfir təyin olması məsələsinə tez bir zamanda baxarsa çox şad olarıq”,-deyə Blinken bildirib.

O xatırladıb ki, ABŞ Ukraynanın paytaxtından təxliyə edilmiş səfirlikdəki diplomatlarını əvvəlcə Lvova, sonra isə Kiyevə qaytarmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR