Blinken və Polşa XİN başçısı arasında telefon danışığı olub

Entoni Blinken

© APA | Entoni Blinken

# 16 noyabr 2022 08:59 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken və Polşa xarici işlər naziri Zbiqniev Rau arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə dövlət katibi Blinken "Twitter"də bildirib.

"Bu gün Polşa XİN başçısı ilə danışarkən Polşa vətəndaşlarının həlak olması ilə nəticələnən partlayışın Polşa tərəfindən araşdırılması prosesinə ABŞ-ın tam dəstəyini bir daha bəyan etdim", - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR