BMT Baş Assambleyası Rusiyanın Ukraynaya müharibə təzminatı ödəməsinə qərar verib

BMT Baş Assambleyası Rusiyanın Ukraynaya müharibə təzminatı ödəməsinə qərar verib
# 14 noyabr 2022 23:16 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Rusiyanın Ukraynaya müharibə təzminatı ödəməsini tələb edən qətnamə qəbul edilib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Səsvermədə 73 ölkə bitərəf qalıb.

14-ü əleyhinə olmaqla 94 səslə qətnamə qəbul edilib.

Qətnamə Rusiyanın Ukraynaya qarşı “səhv hərəkətləri” nəticəsində dəyən “zərərin, itkilərin və ya zədələrin ödənilməsi üçün beynəlxalq mexanizm”in yaradılmasının zəruriliyini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR