BMT Baş katibi: "Buçada törədilən hərbi cinayətlər araşdırılmalıdır" - VİDEO

Antonio Quterreş

© APA | Antonio Quterreş

# 28 aprel 2022 15:01 (UTC +04:00)

Ukraynada səfərdə olan BMT-nin Baş katibi Antoniu Quterreş Buça, İrpin və Borodyankaya baş çəkib.

APA xəbər verir ki, Antoniu Quterreş Buçada hərbi cinayətlərin törədilməsinin araşdırılmasının vacibliyini vurğulayıb.

O, Moskvanı bu istintaqı qəbul etməyə və Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etməyə çağırıb.

BMT Baş katibi bu ərazilərdə baş verənlərin 21-ci əsrdə qəbulolunmaz adlandırıb.

“Bu dəhşətli mənzərə bir daha bu faktı təsdiqləyir ki, mülki əhali müharibədə ən ağır bədəli ödəyir. Günahsız mülki sakinlər bu evlərdə yaşayırdılar, heç bir günahları olmadıqları halda onlar müharibənin dəhşətli nəticələri ilə üzləşdilər. Bunu dünyada hər kəs hər zaman xatırlamalıdır: nə zaman ki, müharibə baş verir, mülki əhali ən çox əzab çəkən tərəf olur. Biz unutmamalıyıq ki, müharibə özlüyündə ən ağır cinayətdir”, - BMT Baş katibi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR