BMT: İl ərzində təxminən 8 milyon ukraynalı Avropaya gəlib

BMT: İl ərzində təxminən 8 milyon ukraynalı Avropaya gəlib
# 12 yanvar 2023 06:40 (UTC +04:00)

Ötən ilin fevralından Avropaya 8 milyona yaxın ukraynalı qaçqın gəlib.

APA xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatında bildirilir.

Bildirilir ki, ümumilikdə 7 milyon 967 min 409 nəfər öz vətənini tərk etmək qərarına gəlib.

Son bir həftə ərzində təxminən 52 min ukraynalı ölkəsini tərk edib.

BMT-nin məlumatına görə, qaçqınlar daha çox Rusiyaya köçürlər. Ümumilikdə ölkə 2,85 milyon insanı qəbul edib.

İkinci yerdə 1,5 milyon ukraynalının getdiyi Polşa qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR