BMT: İşğal nəticəsində 14 milyon ukraynalı qaçqına çevrilib

BMT: İşğal nəticəsində 14 milyon ukraynalı qaçqına çevrilib
# 03 noyabr 2022 11:13 (UTC +04:00)

Rusiyanın Ukraynanı işğal etməsi nəticəsində təxminən 14 milyon ukraynalı qaçqın və məcburi köçkünə çevrilib.

APA-nın xəbərinə görə, bunu BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi deyib. Onun sözlərinə görə, bu, son onilliklər ərzində görülmüş ən sürətli və genişmiqyaslı yerdəyişmədir.

Qrandi əlavə edib ki, bununla da bütün dünyada qaçqın və məcburi köçkünlərin sayı 103 milyonu ötüb.

Ali komissar vurğulayıb ki, ukraynalılar son dərəcə çətin şərtlərdə dünyanın ən sərt qışını keçirməklə üzləşirlər və mülki infrastrukturun davamlı olaraq məhv edilməsi göstərilən humanitar yardımları “okeanda bir damla”ya çevirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR