BMT: Rusiya-Ukrayna müharibəsində hərbi əsirlər işgəncəyə məruz qalıb

BMT: Rusiya-Ukrayna müharibəsində hərbi əsirlər işgəncəyə məruz qalıb
# 15 noyabr 2022 16:15 (UTC +04:00)

Rusiya - Ukrayna müharibəsində hər iki tərəfdən olan hərbi əsirlər işgəncəyə məruz qalıb.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqlarının Monitorinqi Missiyasının rəhbəri Matilda Boqner jurnalistlərə bildirib.

Onun sözlərinə görə, BMT tədqiqatçıları Rusiyanın Ukraynadakı müharibəsində hər iki tərəfdən olan müharibə əsirlərinin çılpaq vəziyyətdə döyülmə, elektroşoka verilmə və alçaldıcı rəftar da daxil olmaqla işgəncələrə məruz qalıb.
"Beynəlxalq hüquqa əsasən işgəncə və pis rəftarın qadağan edilməsi, hətta, xüsusilə, silahlı münaqişələr zamanı mütləqdir".
O, bildirib ki, Ukraynada gedən müharibədə heç bir tərəf bu prinsipə tam əməl etmir, baxmayaraq ki, Rusiya tərəfinin ukraynalı hərbi əsirlərə qarşı pis rəftarları daha “sistemli”dir.
Kiyevdən videobağlantı vasitəsilə danışan xanım Boqner deyib ki, 2014-cü ildən Ukraynada olan BMT tədqiqatçıları son aylar ərzində Rusiyada saxlanılan 159 müharibə əsiri ilə və Ukraynada olan 175 müharibə əsiri ilə müsahibə edib.
O bildirib ki, Ukrayna tərəfi rusiyalı müharibə əsirləri ilə görüşə icazə versə də, Rusiya bunu etməyib və ukraynalı hərbi əsirlər yalnız azadlığa çıxdıqdan sonra müsahibə verib.
Boqner vurğulayıb ki, Rusiya tərəfindən saxlanılan ukraynalı hərbi əsirlərin "böyük əksəriyyəti" işgəncə və pis rəftardan bəhs edir.
Müstəntiqlər müəyyən ediblər ki, bu hərbi əsirlər ələ keçirildikdən dərhal sonra döyülüb və əşyaları talan edilib, bir çoxları isə çoxlu yük maşınlarında və ya avtobuslarda daşınıb, bəzən bir gündən çox onların ərzaq və digər ehtiyacları ödənməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR