BMT: Ukraynada ölən mülkilərin sayı rəsmi rəqəmlərdən daha çoxdur

BMT: Ukraynada ölən mülkilərin sayı rəsmi rəqəmlərdən daha çoxdur
# 10 may 2022 15:02 (UTC +04:00)

Ukraynada müharibə nəticəsində ölən mülki şəxslərin sayı rəsmi rəqəmlərdən daha çoxdur.

APA "Guardian"a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan haqları monitorinq missiyasının Ukraynadakı nümayəndəsi Matilda Boqner deyib.

“Biz təxmini rəqəmlər üzərində işləyirik, lakin hələlik onu deyə bilərəm ki, bu, hazırda sizə verdiyimiz rəqəmlərdən minlərlə çoxdur”, - ölənlərin və yaralananların sayı ilə bağlı sualı cavablandıran Matilda Boqner bildirib.

O qeyd edib ki, ölümlərin əksəriyyətinə raket və hava zərbələri kimi geniş təsir sahəsinə malik partlayıcı silahlar səbəb olub: “Mariupol həqiqətən böyük qara dəlikdir, bura daxil olmaq və tam təsdiqlənmiş məlumat əldə etmək bizim üçün çətindir”.

Onun sözlərinə görə, BMT komandası həmçinin Ukrayna qüvvələri tərəfindən Rusiya qüvvələrinə və ona bağlı silahlı qruplara qarşı işgəncə, pis rəftar və edamlara dair iddiaları da araşdırır: “Rusiya qüvvələrinə qarşı iddiaların miqyası əhəmiyyətli dərəcədə yüksək olsa da, biz həmçinin Ukrayna qüvvələrinin pozuntularını da sənədləşdiririk”.

Qeyd edək ki, BMT-nin rəsmi məlumatına görə, Ukraynada ölənlərin sayı 3381, yaralıların sayı isə 3680 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR