BMT və Aİ "Taxıl sazişi"nin müddətinin uzadılmasını alqışlayıb

BMT və Aİ "Taxıl sazişi"nin müddətinin uzadılmasını alqışlayıb
# 17 noyabr 2022 13:04 (UTC +04:00)

BMT Baş katibi Antoniu Quterreş "Taxıl sazişi"nin müddətinin uzadılmasını təqdir edib.

APA xəbər verir ki, bu barədə BMT Baş katibinin "Twitter" hesabında qeyd olunub.

"Mən bütün tərəflərin Ukraynadan taxıl, ərzaq və gübrə ixracının təhlükəsiz daşınmasını asanlaşdırmaq üçün Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsi ilə bağlı razılaşmasını alqışlayıram. Bu təşəbbüs çoxtərəfli həllərin tapılmasında təmkinli diplomatiyanın vacibliyini bir daha nümayiş etdirir", - o deyib.

Aİ liderləri də sazişin müddətinin daha 120 gün uzadılmasına münasibət bildiriblər.

"Mən Qara Dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılmasını alqışlayıram", - Aİ Şurasının Prezidenti Şarl Mişel bildirib. O əlavə edib ki, artıq bu saziş əsasında 10 milyon ton taxıl və gübrə müxtəlif ölkələrə çatdırılıb və bunun davam etdirilməsi ehtiyacı olan ölkələr üçün yaxşı xəbərdir.

"BMT və Baş katib Quterreşin bu istiqamətdə səylərini təqdir edirəm", - Şarl Mişel "Twitter"də qeyd edib.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də bu təşəbbüsün vacibliyini vurğulayıb.

"Antonio Quterreş və Prezident Ərdoğanı Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsi ilə bağlı razılığa görə təbrik edirəm. Aİ Həmrəylik Zolağı ilə birlikdə BMT-nin Qara Dəniz Taxıl Təşəbbüsü Rusiyanın müharibəsinə baxmayaraq, qlobal ərzaq qıtlığının qarşısını almağa və ərzaq qiymətlərini aşağı salmağa kömək edir", - Ursula von der Leyen qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR