Bodnar: Türkiyə və Ukrayna dünyanı aclıqdan xilas edir

Ukrayna səfiri Vasili Bodnar

© APA | Ukrayna səfiri Vasili Bodnar

# 12 yanvar 2023 13:41 (UTC +04:00)

Hazırda Türkiyə və Ukrayna dünyanı aclıqdan xilas edən ölkələrdir.

APA xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar "Anadolu" agentliyinə müsahibəsində deyib.

“Türkiyə müharibənin ilk günlərindən sülh danışıqlarında Ukraynaya kömək edir, bəzi praktiki məsələlərin həllində vasitəçilik edir və faktiki olaraq Türkiyə təklif olunan və rəsmiləşdirilən məsələləri həyata keçirir. Məsələn, qida təhlükəsizliyi ilə bağlı”, - müharibənin dayandırılması və atəşkəsin əldə edilməsi istiqamətində Türkiyənin göstərdiyi səyləri vurğulayan ukraynalı diplomat bildirib.

BMT və Türkiyənin təşəbbüsləri ilə imzalanan Taxıl Dəhlizi Sazişinin əhəmiyyətinə toxunan Bodnar qeyd edib ki, Türkiyə və Ukrayna hazırda dünyanı aclıqdan xilas edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR