Bolqarıstan Baş naziri Rusiya səfirini hökuməti devirməkdə ittiham edib

Kiril Petkov

© APA | Kiril Petkov

# 23 iyun 2022 10:45 (UTC +04:00)

Bolqarıstan Baş naziri Kiril Petkov hökumətinin istefaya göndərilməsində 3 yerli siyasətçini və Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanovanı ittiham edib.

APA Lenta.ru-ya istinadən xəbər verir ki, Petkov biznesmen və eks-deputat Delyan Peevski, “QERB” partiyasının sədri Boyko Borisov, “Yest takoy narod” partiyasının sədri Slavi Trifonovu və rusiyalı səfiri hökumətin devrilməsində təqsirləndirib.

Bundan əvvəl, Bolqarıstan parlamenti Kiril Petkovun koalisiya hökumətinə etimadsızlıq göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR