Bolqarıstan Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək

Bolqarıstan Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək
# 08 dekabr 2022 23:27 (UTC +04:00)

Bolqarıstan Prezidenti Rumen Radev Türkiyəyə səfər edəcək.

APA xəbər verir ki, bu barədə Bolqarıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş gözlənilir.

Görüşdə Türkiyə ilə Bolqarıstan arasında ikitərəfli münasibətlər müxtəlif aspektlərdə nəzərdən keçiriləcək, əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Görüş zamanı cari, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR