Bolqarıstanda parlament seçkilərinin vaxtı məlum olub

Bolqarıstanda parlament seçkilərinin vaxtı məlum olub
# 27 iyul 2022 20:35 (UTC +04:00)

Bolqarıstanda oktyabrın ilk həftəsində növbəti parlament seçkiləri keçiriləcək.

APA-nın xəbərinə görə, yeni hökuməti formalaşdırmaq mümkün olmayan ölkədə il yarımda dördüncü dəfə qanunverici orqana seçki keçiriləcək.

Parlament sosialist blokunun təklifini müzakirəyə çıxarmadığı üçün bloku təmsil edən deputatlar mandatdan imtina ediblər.

Qeyd edək ki, ötən yaydan başlayan etirazlar 3 dəfə parlament seçkilərinin keçirilməsi ilə nəticələnib. Ukrayna münaqişəsi ölkənin iqtisadi sisteminə mənfi təsir edib. Son 24 ilin ən ciddi inflyasiyası və rus qazından imtina daxili narazılıqları artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR