Bolqarıstanda silah zavodunda partlayış olub, ölənlər var

Bolqarıstanda silah zavodunda partlayış olub, ölənlər var
# 04 oktyabr 2022 15:53 (UTC +04:00)

Bolqarıstanın Kazanlık şəhərində yerləşən və odlu silah, sursat istehsal edən böyük zavodda (“Arsenal”) partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Bolqarıstan milli televiziyası məlumat yayıb.

Bildirilib ki, hazırda 3 nəfərin ölümü barədə məlumat var.

Partlayış yerli vaxtla saat 11:00 radələrində, pirotexnik vasitələrin saxlanıldığı anbarda baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, 2 dəfə partlayış olub və hadisə baş verən rayonun üzərində qara tüstü buludu görünür.

Partlayış nəticəsində yaralanan 3 qadın xəstəxanaya çatdırılıb və zavodun 2 nəfər xanım əməkdaşının axtarışları davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR