Bolqarıstanın xarici işlər naziri COVID-19-a yoluxub

Teodora Gençovska

© APA | Teodora Gençovska

# 05 yanvar 2022 15:22 (UTC +04:00)

Bolqarıstanın xarici işlər naziri Teodora Gençovska yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirin PCR testinin nəticəsi müsbət çıxıb, o xəstəxanaya yerləşdirilib.

"Gençovska həkimlərin nəzarəti altında qalacaq, onun funksiyalarını xarici işlər nazirinin müavini İrena Dimitrova yerinə yetirəcək”, - XİN-in məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR