Borel: "Rusiyanın müharibədə qalib gəlmək niyyətini açıq şəkildə görürəm"

Borel: "Rusiyanın müharibədə qalib gəlmək niyyətini açıq şəkildə görürəm"
# 29 may 2023 23:50 (UTC +04:00)

Rusiya müharibədə qalib gələnə qədər danışıqlara getməyəcək.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borel Barselonada ekspert forumunda çıxış edərkən deyib.

Aİ-nin xarici xidmətinin rəhbəri Ukraynadakı vəziyyətin nikbin olmadığını deyib.

"Rusiyanın müharibədə qalib gəlmək niyyətini açıq şəkildə görürəm. Rusiya qalib gəlməsə, danışıqlar aparmayacaq", - o deyib.

Diplomat Aİ-nin Kiyevə hərbi dəstəyi artırmağa davam etməli olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR