Boris Conson Almaniyanın yeni kanslerini təbrik edib

Boris Conson

© APA | Boris Conson

# 23 dekabr 2021 02:02 (UTC +04:00)

Britaniyanın Baş naziri Boris Conson Almaniyanın yeni kansleri Olaf Şoltsla telefonla danışıb.

APA-nın Britaniya bürosuna Baş nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Boris Conson yeni vəzifəyə başlaması münasibəti ilə Olaf Şoltsu təbrik edib.

Baş nazir və kansler Şolts arasındakı danışıq zamanı Böyük Britaniya-Almaniya arasında fundamental dəyərlərin əhəmiyyəti vurğulanıb.

İki lider xarici siyasət, iqlim dəyişikliyi və ticarət daxil olmaqla bir çox sahələrdə tərəfdaşlığın əhəmiyyətinə toxunublar, əlaqələri daha da dərinləşdirmək və genişləndirmək üçün birgə işləmək qərarına gəliblər.

Liderlər bir sıra beynəlxalq məsələləri, o cümlədən Ukrayna sərhədindəki mövcud vəziyyəti də müzakirə ediblər. Onlar gərginliyin azaldılması və gələcəkdəki təcavüz hallarının qarşısının alınması üçün Rusiya ilə əlaqə saxlamağın vacibliyi barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR