Boris Conson: "Avroviziya" Britaniyada keçiriləcək

Britaniya Baş naziri Boris Conson

© APA | Britaniya Baş naziri Boris Conson

# 25 iyul 2022 15:19 (UTC +04:00)

"Avroviziya 2023” mahnı müsabiqəsi Britaniyada keçiriləcək.

APA xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Boris Conson "Facebook"da bildirib.

"Keçən həftə prezident Zelenski ilə razılaşdıq ki, "Avroviziya 2023" harada keçirilirsə keçirilsin, o, Ukraynanı və xalqını təmsil etməlidir. İndi ev sahibi olduğumuza görə, Böyük Britaniya bu öhdəliyi birbaşa yerinə yetirəcək və ukraynalı dostlarımız adından fantastik yarışma keçirəcək”, - Conson qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR