Boris Conson Ərdoğana Ukraynaya görə təşəkkür edib

Boris Conson Ərdoğana Ukraynaya görə təşəkkür edib
# 05 iyul 2022 04:22 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna məsələsində göstərdiyi səylərə görə təşəkkür edib.

APA xəbər verir ki, Parlamentdə çıxış edən Baş nazir qeyd edib ki, mövcud vəziyyətin həllində Türkiyənin rolu mühümdür və bu ölkə mümkün olan hər şeyi edir.

"Britaniya minalardan təmizləmə imkanları, eləcə də taxıl ixracında gəmilər üçün sığorta imkanları təklif edir", - deyə Conson deyib.

Onun sözlərinə görə, Bosfor boğazından istifadə etmək mümkün deyilsə, Ukraynadan taxıl ixracının alternativ yollarını araşdırmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR