Boris Conson "G7"-də rüsumların artırılmasını müzakirə edəcək

Boris Conson "G7"-də rüsumların artırılmasını müzakirə edəcək
# 24 avqust 2019 20:29 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Boris Conson “Böyük yeddilik” sammitində dünya ticarətinin vəziyyətini müzakirə etməyi düşünür.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Fransanın Biarritz şəhərində jurnalistlərə açıqlamasında bildirib.

“Bütün bunların necə olacağı, proteksionizmin güclənməsi, rüsumların artması məni çox narahat edir. Böyük Britaniya açıq, dünyaya yönəlmiş azad ticarət dövləti olarsa uğur qazanacaq”, - Conson belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR