Boris Conson: “Heç bir NATO üzvü Ukraynaya qoşun göndərməyə hazır deyil”

Boris Conson: “Heç bir NATO üzvü Ukraynaya qoşun göndərməyə hazır deyil”
# 25 yanvar 2022 18:56 (UTC +04:00)

Boris Conson heç bir NATO üzvünün Ukraynaya qoşun göndərməyə hazır olmadığını bildirib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Britaniya Baş naziri bu barədə parlamentdə çıxışında söyləyib.

Conson hazırda Rusiyanın təcavüzünə qarşı çıxmaq üçün Ukraynaya əhəmiyyətli hərbi kontingent göndərməyə hazır olan NATO üzvünün olmadığını deyib.

Bununla belə, Boris Conson Rusiya aqressiyasına qarşılıq olaraq tətbiq ediləcək sanksiyaların çox ağır olacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR