Boris Conson istefa verməyəcəyini açıqlayıb

Boris Conson

© APA | Boris Conson

# 06 iyul 2022 15:43 (UTC +04:00)

“Açığını desəm, çətin şəraitdə Baş nazirin işi ona verilən mühüm mandatı davam etdirməkdir. Mən də elə edəcəyəm”.

APA-nın Britaniya bürosu xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentdə deputatların suallarını cavablandırarkən deyib.

Mühafizəkarlar partiyasının deputatı Tim Loughton Boris Consondan hansı şəraitdə istefa verəcəyini soruşub.

Boris Conson bildirib ki, o, hökumətə verilən mandatı davam etdirməyin və yerinə yetirməyin mümkün olmadığı hallarda istefa verərdi: “Ya da Ukrayna xalqını dəstəkləyə bilməyəcəyimizi hiss etsəydim, o zaman istefa verərdim. Ancaq açığını, desəm çətin şəraitdə Baş nazirin işi ona verilən mandatı davam etdirməkdir. Mən də elə edəcəyəm”.

Qeyd edək ki, Böyük Britaniyada bir sıra nazirlər hökumətin düzgün, səriştəli və ciddi şəkildə idarə olunmadığını əsas göstərərək istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR