Boris Conson onu istefaya çağıran naziri işdən çıxarıb

Boris Conson onu istefaya çağıran naziri işdən çıxarıb
# 07 iyul 2022 06:46 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Boris Conson mənzil-məişət naziri Maykl Qovu vəzifəsindən azad edib.

APA xəbər verir ki,bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, siyasətçi Nazirlər Kabinetinin rəhbərinin istefaya getməsi ilə bağlı çağırış etməsinə görə işdən çıxarılıb.

Maykl Qov aktiv “Brexit” tərəfdarıdır və Mühafizəkarlar Partiyasının kreslosu uğrunda yarışda B. Consonun keçmiş rəqibidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR