Boris Conson Ukrayna parlamentinə müraciət edəcək

Boris Conson

© APA | Boris Conson

# 03 may 2022 01:45 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün videobağlantı vasitəsilə Ukrayna parlamentinə müraciət edəcək. Bununla da Boris Conson Ukraynada münaqişə başlayandan bəri Ali Radada çıxış edən ilk dünya lideri olacaq.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Baş nazirliyin ofisindən verilən məlumatda deyilir. Bildirilib ki, baş nazir çıxışında bir sıra məqamlara toxunacaq, Böyük Britaniyanın Ukraynanın dostları arasında olmaqdan qürur duyduğunu qeyd edəcək.

"Bu müharibə Ukrayna xalqı üçün ən mühüm andır, gələcək nəsillər üçün xatırlanacaq epik fəsildir" kimi ifadələr hökumət başçısının çıxışında yer alacaq.

Həmçinin hökumət başçısı Ukraynaya 300 milyon funt sterlinq dəyərində yeni hərbi yardım paketi elan edəcək və xüsusi mülki müdafiə maşınları göndərəcək.

Qeyd edək ki, mart ayında Ukrayna prezidenti Volodimir Zelenski Britaniyanın İcmalar Palatasına müraciət etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR