Boris Conson Ukraynaya daha çox hərbi yardımın göndəriləcəyinə söz verib

Boris Conson, Vladimir Zelenski

© APA | Boris Conson, Vladimir Zelenski

# 05 iyul 2022 18:00 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya daha çox hərbi yardımın göndəriləcəyinə söz verib.

APA xəbər verir ki, bu barədə Baş nazir Conson Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı deyib.

Tərəflər telefon danışığı zamanı G7 və NATO Sammiti çərçivəsində aparılan müzakirələr barədə danışıblar.

“İnanıram ki, Ukrayna ordusu bu yaxınlarda Putinin qüvvələri tərəfindən ələ keçirilən əraziləri geri qaytara bilər. Britaniya Ukraynaya özünü müdafiə etmək və yenidən qurmaq prosesində kömək etmək öhdəliyinə sadiqdir. Tezliklə Britaniyadan daha çox hərbi yardım göndəriləcək”, - Baş nazir Conson bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR