Boris Conson Ukraynaya səfər edib, Zelenski ilə görüşüb - YENİLƏNİB

Boris Conson, Britaniyanın keçmiş Baş naziri

© APA | Boris Conson, Britaniyanın keçmiş Baş naziri

# 22 yanvar 2023 17:55 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Böyük Britaniyanın sabiq Baş naziri Boris Consonla görüşüb.

APA-nın xəbərinə görə, Ukrayna Prezidenti bu barədə “Telegram” kanalında məlumat paylaşıb.

Vladimir Zelenski Kiyevdə Ukraynanın əsl dostu Boris Consonu salamladığını bildirib. Ukrayna Prezidenti ölkəsinə dəstəyinə görə Böyük Britaniyanın sabiq Baş nazirinə təşəkkür edib.

***

saat 17.16

Britaniyanın keçmiş Baş naziri Boris Conson hazırda Ukraynadadır.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Boris Conson Ukraynaya Prezident Zelenskinin dəvəti ilə səfər etdiyini bildirib.

Boris Conson Buça və Kiyevin digər ətraf rayonlarına səfər edib.

Sabiq Baş nazir qeyd edib ki, Ukrayna xalqının iztirabları çox uzun müddətdir davam edir: “Bu müharibəyə son qoymağın yeganə yolu Ukraynanın qələbə qazanması və mümkün qədər bir o qədər də tez qalib gəlməsidir”.

Boris Conson bildirib ki, Putin nə qədər tez uğursuz olarsa, bu, Ukrayna və bütün dünya üçün bir o qədər yaxşı olacaq.

Baş nazirin sözçüsü təhlükəsizlik səbəbi ilə səfərin hər hansı bir detalını şərh etməyəcəklərini deyib. O bildirib ki, Boris Conson Böyük Britaniya hökumətinin Ukrayna ilə bağlı siyasətini, o cümlədən “Challenger” tanklarının göndərilməsi ilə bağlı son qərarı tam dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR