Boris Consonla bağlı etimad səsverməsi keçiriləcək

Boris Conson

© APA | Boris Conson

# 06 iyun 2022 11:38 (UTC +04:00)

Britaniya Baş naziri Boris Conson barədə etimad səsverməsi keçiriləcək.
APA "Sky News"a istinadən xəbər verir ki, səsvermə bu gün yerli vaxtla 18:00 - 20:00 arasında keçiriləcək.
Aylarla davam edən qeyri-müəyyənlikdən sonra Mühafizəkarlar Partiyasının ən azı 54 millət vəkilinin etimad səsverməsi ilə bağlı müraciət etdiyi təsdiqlənib.
Baş nazir Consonun öz postunda qalması üçün 180 deputatın ən azı yarıdan çoxununun (91 deputat) dəstəyini alması vacibdir.
O, qalib gəlsə, partiya lideri və Baş nazir kimi postunda qalacaq. Əks halda yeni partiya liderini və baş naziri seçmək üçün səsvermə baş tutacaq və Boris Conson vəzifəsindən gedəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR